
Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Aprelin 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50201596S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.9381 AZN (4.6 faiz) və 99.2428 AZN (3.27 faiz) olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80 milyon 214 min 300 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.2428 AZN (3.27 faiz) olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat olub. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.
Notlar iyunun 27-də ödəniləcək.
BƏNZƏR MƏQALƏLƏR
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,01 dollar artaraq […]
Bitcoin məzənnəsi minimum səviyyəyə düşüb
Bazar ertəsi, mayın 9-da keçirilən hərrac zamanı bitcoinin qiyməti 33,49 min dollara düşüb ki, bu […]
Avro 5 ildən sonra 1,06 dollardan aşağı düşüb.
Avro 2017-ci ildən bəri ilk dəfə 1,06 dollardan aşağı düşüb. Avro 0,8% ucuzlaşaraq 1,056 dollara […]