Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Stokholm, 29 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

Amerikalı aktrisa Merilin Monronun Los-Ancelesin Brentvudunda yerləşən evi mədəniyyət abidəsi elan olunub.

AZƏRTAC xəbər verir ki, bununla bağlı müvafiq qərar Los-Anceles Şəhər Şurası tərəfindən qəbul edilib və bu qərarla tikilinin sökülməsinin qarşısı alınıb.

Evin hazırkı sahibləri bildiriblər ki, evlə bağlı problemlər yaşayırlar, çünki turistlər və aktrisanın pərəstişkarları foto çəkdirmək məqsədilə küçəyə toplaşırlar, buna görə də onlar evi sökmək istəyiblər. Lakin tarixçilər və Monro pərəstişkarları iqamətgahın Hollivud tarixinin bir hissəsi olduğunu iddia ediblər.

Amerikalı kino ulduzu İspan müstəmləkə üslubunda tikilmiş iqamətgahı ölümündən 6 ay əvvəl, 1962-ci ildə 75 min dollara alıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top