Mərdəkanda qətl törədilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mərdəkanda qətl törədilib

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Adil Xəyal oğlu Talıbovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mətləb Müşfiq oğlu Süleymanlı polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top