MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Bakı Biznes Mərkəzi

“Mənzil fondunun idarə olunmasının təşkilində bələdiyyələrin və ictimai birliklərin rolu” mövzusunda tədbir keçirilmişdir

ECONOMIC.AZ: Aprelin 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, ictimai təşkilatların, mənzil mülkiyyətçilərinin nümayəndələrinin və ekspertlərin iştirakı ilə “Mənzil fondunun idarə olunmasının təşkilində bələdiyyələrin və ictimai birliklərin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov mənzil-kommunal sahəsində aparılan instutisional islahatlar, bu sahənin inkişaf perspektivləri barədə məlumat vermiş, mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq idarə edilməsi və lazımi səviyyədə saxlanmasının təşkili, eləcə də sahə mülkiyyətçilərinin idarəetmədə yaxından iştirakının təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdən danışmışdır. Son illər müvafiq qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra normativ aktlar qəbul edilmişdir ki, bunlardan biri də yeni Mənzil Məcəlləsidir. Məcəllə mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır. Nizami Qasımov qüvvədə olan qanunvericilik aktlarında bələdiyyələrə kifayət qədər səlahiyyətlərin verildiyini qeyd etmiş, bununla belə, mənzil fondlarının idarə olunmasında yerli özünüidarəetmə orqanlarının rolunun artırılmasının zəruriliyini vurğulamışdır.

Milli Məclisin Yerli özünüidarəetmə Komissiyasının üzvü, millət vəkili Tahir Rzayev mənzil-kommunal sahəsində, eləcə də mənzil fondunun idarə olunmasının təşkilində və əhalinin maarifləndirilməsində vətəndaş cəmiyyəti institutlarının rolunu vurğulayaraq, belə tədbirlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.

Sonra İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux  Dadaşov çoxmənzilli binalarda idarəetmənin təşkilində bələdiyyələrin vəzifələri, eləcə də bu istiqamətdə görülmüş işlərə dair təqdimatla çıxış etmişdir.

Tədbir Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanovun, Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Akif Kərimovun, iqtisadçı-ekspert Samir Əliyevin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Axel Müllerin, “Xətai-3” MMMC-nin sədri Mehman Nağıyevin və digərlərinin mövzuya dair məruzələri ilə davam etmişdir.

Sonda mövzuya dair müzakirələr aparılmış, tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top