Məlahət Atasever: Mənim oğulum Azərbaycanın da ilk kosmonavtıdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Məlahət Atasever: Mənim oğulum Azərbaycanın da ilk kosmonavtıdır

Ankara, 10 iyun, AZƏRTAC

“Əminəm ki, Türkiyə və Azərbaycanın sıx əməldaşlığı tezliklə kosmik sahəyə də keçəcək. Mənim oğulum Azərbaycanın da ilk kosmonavtıdır”.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə tarixində ikinci kosmonavt olan Tuva Cahangir Araseverin anası Məlahət Atasever jurnalistlərlə söhbətdə bildirib.

Onun sözlərinə görə, Tuva Cahangirin uçuşunu təkcə Türkiyədə deyil, Azərbaycanda da diqqətlə izləyiblər.

“Azərbaycandan çox sayda messajlar aldım. Hisslərimi oğulumun sözləri daha yaxşı ifadə edir: “Türkiyə və Azərbaycanın bayraqları yerdə yan-yana dalğalandığı kimi, səmada da yan-yana olacaqlar”, – deyə kosmonavtın anası bildirib.

Eyni zamanda o, Tuva Cahangir Ataseverin uçuşunun gənclərə örnək olacağına, türk kosmonavtlarının sayının artacağına ümid etdiyini bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top