Məhkəmə İlon Maskla bağlı səhvini etiraf etdi, qərar ləğv olundu – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Məhkəmə İlon Maskla bağlı səhvini etiraf etdi, qərar ləğv olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kaliforniya ştatının (ABŞ) federal məhkəməsi amerikalı sahibkar İlon Maskın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının onun “X” sosial şəbəkəsini əldə etməsinin qanuniliyi ilə bağlı apardığı təhqiqat çərçivəsində ifadə verməsi tələbi ilə bağlı qərarını ləğv edib.

Bildirilir ki, hakim əvvəlki qərarında səhvini etiraf edib və bildirib ki, işin bütün hüquqi tərəflərini nəzərə almayıb.

Bununla bağlı məhkəmə Maskın ifadəsi ilə bağlı mövqeyini “məsləhət xarakterli” olaraq dəyişib, işin özü isə dairə hakiminin ixtiyarına verilib.

Xatırladaq ki, 2022-ci ilin oktyabrın 27-də Mask “X”i əldə etmək üçün 44 milyard dollarlıq sövdələşmə bağlayıb. 2023-cü ilin oktyabrında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası Maskı ifadə verməyə məcbur etmək üçün məhkəməyə verib.

Mənbə: Bloomberg

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top