MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

1159377

Mədə qıcqırmasını aradan qaldıran sadə üsul

İnsanları ən çox narahat edən sağlamlıq problemlərindən biri də mədə qıcqırmasıdır. Xüsusilə yağlı, turş, ya da istiotlu qidalar yedikdən sonra mədədə yanma, göynəmə başlayır. Ailem.az bu ağrıları yüngülləşdirməyin bəzi asan yolları barədə məlumat verir.

Yeməklərdən xüsusilə də istiotlu, yağlı və turş qidaları yedikdən sonra, yüngül bir hıçqırıqla birlikdə boğazda və sinədə yaranan yanma hissinə mədə qıcqırması deyilir.

Əgər mədənizdə qıc qırma hiss edirsinizsə, ilk öncə əyninizə geniş paltarlar geyinin, ya da kəmərinizi boşaldın. Çünki mədə qıcqırması mədənizdəki maddələrin yemək borunuzdan yuxarı çıxması və bu mayenin içindəki turşunun toxumaları yandırmasından qaynaqlanır. Geniş paltar mədənin üzərindəki bu basqını azaldacaq.

Mədə qıcqırmasına faydalı olan bir başqa şey isə ayağa qalxmaqdır. Çünki oturan, ya da yatan insanların duruşu mədə qıcqırması yarada bilər. Əgər bu vəziyyətdəsinizsə ayağa qalxmaq sizə çox kömək edəcək.

Evdə istifadə edə biləcəyiniz sadə mədə qıcqırması dərmanı da var. Sodalı su. Bunu içdiyinizdə mədənizdəki turşunun bir qismi neytrallaşacaq. Bir stəkan suya, bir çay qaşığı soda kifayətdir. Bunu yavaş-yavaş içməli olduğunuzu unutmayın.

Mədə turşusunu neytrallaşdıran bir digər vasitə isə saqqız çeynəməkdir. Çünki saqqız çeynəmək ağzınızda tüpürcək yaranmasını artırır. Bunun sayəsində bağırsaqlarınızda yığılmış turşunun miqdarı azalar və bədəndən atılma zamanı sürətlənər.

Hər kəs üçün pis bir alışqanlıq olan siqaret, özəlliklə mədə qıcqırması çəkən insanlar üçün ekstra təhlükəlidir. Siqaret çəkmək mədə qıcqırmasını artırır. Xüsusilə mədə qıcqırması hiss etdiyiniz əsnada siqaretdən uzaq durmanız şərtdir.

Əgər tez-tez mədə qıcqırması yaşayırsınızsa, həyat tərzinizdə etməniz lazım olan bəzi dəyişikliklər də vardır. Bunların başında yatmazdan ən az 3 saat qabaq yeməyi kəsmək gəlir. Yedikdən sonra uzanmamaq, yağlı və istiotlu qidalardan uzaq durmaq və kilonuzu sağlıqlı bir səviyyədə tutmaq da kritik əhəmiyyətə sahib faktorlardandır.

Unutmayın ki həftədə iki-üç dəfədən daha çox mədə qıcqırması yaşayırsınızsa, ən yaxın zamanda həkimə müraciət etməlisiniz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top