MDU kollektivi Ramazan bayramı münasibətilə şəhid ailələrini ziyarət edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

MDU kollektivi Ramazan bayramı münasibətilə şəhid ailələrini ziyarət edib

Bakı, 11 aprel, AZIRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə bu ali təhsil müəssisəsinin Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər.

MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü, respublikamızın suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla anılıb, onların ailə üzvləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edilib.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top