MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

muqavile

MDB ölkələrinin bank sistemlərinə həsr olunmuş toplu çapdan çıxıb

MDB-nin Maliyyə-Bank Şurası tərəfindən “İnterfax” beynəlxalq informasiya holdinqi və MDB-nin Beynəlxalq Statistika Komitəsi ilə birgə nəşr etdiyi “MDB ölkələri bankları. 2016-cı ilin yekunları” analitik toplusu çapdan çıxıb.

Statistik topluya 9 ölkənin – Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Moldova, Ermənistan və Qırğızıstanın bankları haqqında məlumatlar daxil edilib.

Topluda bu dövlətlərin milli və mərkəzi banklarının, iqtisadi informasiya agentliklərinin, banklarının saytlarında dərc olunmuş məlumatlardan istifadə edilib.

“MDB ölkələri bankları. 2016-ıc ilin yekunları” analitik toplusunda bankların fəaliyyətlərinin əsas həcm göstəriciləri və onların dinamikası faizlərlə öz əksini tapıb.

Kolleksiya 10 ildən çox müddətdə illik olaraq nəşr olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top