May ayında Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair sammit keçiriləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

May ayında Pekində “Bir kəmər – bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair sammit keçiriləcək

May ayında Pekində “Bir kəmər – bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair sammit keçiriləcək.

Çin Xalq Respublikasının sədri Si Cinpin bu barədə Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı məlumat verib.

Həmin sammitin məqsədi sözügedən strategiya çərçivəsində gələcək əməkdaşlıq üçün platforma yaradılması və əməkdaşlıq planlarının birgə müzakirə edilməsidir. Forumda qlobal və regional iqtisadiyyat məsələlərinin həllinin axtarışı və strategiyanın reallaşdırılmasının sürətləndirilməsi gözlənilir.

Çin “Bir kəmər – bir yol” adlı yeni iqtisadi inkişaf strategiyasını 2013-cü ildə elan edib. Avrasiya ölkələri arasında qarşılıqlı əlaqələrin nizamlanmasına və müvafiq infrastruktur yaradılmasına yönəlmiş bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. Söhbət malların güzəştli şərtlərlə Şərqdən Qərbə birbaşa göndərilməsi üçün ticarət dəhlizi yaradılmasından gedir.

Azərbaycan “İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu iqtisadi kəməri” yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top