MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Marsol şirkəti “Sahibkarlarla iftar süfrəsi” adlı tədbir təşkil edib

Aprel 11-də MARSOL MMC-nin təşkilatçılığı, “Ağ Saray Residence”, “Qayo.az”, “Sabiroğlu MMC”, “Top Supermarket Azerbaijan” şəbəkəsinin dəstəyi və “Velioglu-2018” şirkətinin tərəfdaşlığı ilə “Baku Marriott Hotel Boulevard”da 400-ə yaxın sahibkarın və dövlət qurumlarının iştirakı ilə Ramazan ayı münasibətilə “Sahibkarlarla iftar süfrəsi” adlı tədbir təşkil olunub.

Tədbirin salamlama nitqini “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev edib. İştirak edən dövlət qurumlarının nümayəndələrini və Marsol partnyorlarını salamlayaraq, Ramazan ayı münasibətilə hər kəsi təbrik edib və gələcək dövr üçün fəaliyyətlərində uğurlar arzu edib.

“Sahibkarlarla iftar süfrəsi” tədbirində dövlət qurumlarından olan qonaqlarımız- KOB Azərbaycanın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Milli Məclisin deputatı Vüqar İskəndərov və deputat Emin Hacıyev iştirak edib.

Biznes imkanları, məlumat mübadiləsi və innovasiyaya yol açan növbəti görüşlərimizdən olan “Sahibkarlarla iftar süfrəsi” partnyorlarımızın səmimi mühitdə yeni tanışlıqlar və dostluq münasibətləri qurub, netvorkinq əlaqələrini genişləndirməsinə vəsilə oldu.

Fəaliyyətimiz müddətində yanımızda olub, bizə dəstək göstərən partnyorlarımıza və dövlət qurumlarına yeni layihələr və yeni idealarla görüşmək ümidi ilə təşəkkürümüzü bildiririk.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top