“Mançester Yunayted”in futbolçusu İspaniya klubuna keçib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Mançester Yunayted”in futbolçusu İspaniya klubuna keçib

Bakı, 15 iyul, AZƏRTAC

İspaniyanın “Vilyarreal” komandası heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Mançester Yunayted” komandasından Villi Kambvala ilə anlaşıb. 19 yaşlı fransalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

O, 2020-ci ildə Fransanın “Soşo” komandasından transfer olunduğu “qırmızı şeytanlar”ın heyətində 10 rəsmi matçda meydana çıxıb.

“Transfermarkt” portalı futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top