MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

maliyye nazirliyi

Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları satışa çıxarılır

2016-cı ilin 31 may tarixində Bakı Fond Birjasında (BFB) Maliyyyə Nazirliyinin 5 milyon manat dəyərində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Hərracda hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 50 min istiqraz çıxarılacaq. İstiqazların ödəmə müddəti 2016-cı il 30 iavqust tarixidir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışının anderrayteri “PAŞA Capital” investisiya şirkətidir.

Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top