MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Attestasiya Komissiyası

Maliyyə Bazarlarına Nəzarət Palatasının Attestasiya Komissiyası fəaliyyətə başlayıb

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 nəfərdən ibarət Attestasiya Komissiyası fəaliyyətə başlayıb.  Attestasiya Komissiyasının ilk iclasında üç nəfər bank inzibatçısının attestasiyası keçirilib və hər üç namizəd iddia etdikləri vəzifələrə uyğun hesab edilib.

Qeyd edək ki, Attestasiya Komissiyası Azərbaycanda fəaliyyət göstərən bankların və xarici bank filiallarının İdarə Heyəti üzvlərinin, daxili audit bölmələrinin rəhbərlərinin, baş mühasiblərinin, investisiya şirkətlərinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının rəhbər işçilərinin attestasiyasını həyata keçirəcək.

Sığorta şirkətlərinin rəhbər işçilərinin (Direktorlar Şurası, İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin, daxili audit xidmətinin rəhbəri və baş mühasiblər), aktuari fəaliyyəti ilə məşğul olan şəxslər, sığorta agentləri və ya onların rəhbərləri və investisiya xidmətlərini həyata keçirən şəxslərin attestasiyası isə test vasitəsilə həyata keçiriləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top