
Malın və ya xidmətin adı nəzarət kassa aparatının çekində qeyd edilməlidir
Məlum olduğu kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi, yəni nağd ödəmələr zamanı ƏDV-nin 10 faizi, nağdsız ödəmələr zamanı isə ƏDV-nin 15 faizi istehlakçıya geri qaytarılır.
Dövlət Vergi xidməti bildirib ki, ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir, həmin tələblərdən biri də malın və ya xidmətin (işin) adının nəzarət-kassa aparatının çekində qeyd olunmasıdır.
Mövcud təcrübədə bir sıra vergiödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergiödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən də maliyyə sanksiyalarına məruz qalmamaq üçün vergiödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulmuş məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir.
Eyni zamanda, istehlakçılar belə hallarla qarşılaşdığı halda, yəni vergiödəyicisi tərəfindən təqdim edilmiş çekdə malın əks olunmadığı halda, bu barədə dövlət vergi orqanlarına müraciət etmələri xahiş olunur.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]