Makronun güc tətbiqinə qarşı Fransanın 150 şəhər və qəsəbəsində etiraz nümayişi başlayıb
Paris, 7 sentyabr, AZƏRTAC
Fransanın şəhər və qəsəbələrində Emmanuel Makronun güc tətbiqinə qarşı etiraz nümayişləri başlayıb.
AZƏRTAC xəbər verir ki, ölkənin 150-dən çox şəhər və qəsəbəsində təşkil olunan etiraz nümayişləri “Emmanuel Makronun çevrilişi və demokratiya uğrunda yürüş” təşəbbüsü ilə Tələbə və Lisey Həmkarlar İttifaqları tərəfindən keçirilir. Solçu partiyaların rəhbərləri də nümayişçilərə qoşulub.
Parisdə Bastiliya meydanına toplaşmış nümayişçilər Nation meydanına doğru irəliləyib. “Fransız xalqı üsyan edir, onlar inqilaba başladılar”, – deyə “Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşon nümayiş korteji yola düşməzdən əvvəl bildirib. O vurğulayıb ki, fasilə, barışıq olmayacaq.
Jan-Lük Melanşon fransızları döyüş və uzunmüddətli mübarizəyə çağıraraq bu ölkədə ən güclü onun xalqı olduğunu deyib. “Əyilməz Fransa” partiyası Makronun çevrilişi, eləcə də M.Barnyenin baş nazir təyin olunmasına etiraz səfərbərliyinə qatıldığını bildirib. “Mən sizi uzunmüddətli döyüşə və mübarizəyə çağırıram, senzuraya səs verəcəyik. Vətəndaşlara hörmət edilməlidir”, – deyə Melanşon bəyan edib.
Nümayişin təşkilatçıları olan qəzəbli tələbələr isə Makronun rəhbərliyi altında daha bir semestr keçirmək istəmədiklərini bildiriblər.
Nümayişçilər əllərində “İstefa ya da inqilab”, “Makron istefa”, “Qərb diktaturasına STOP”, “Sənə (Makrona) qarşı müharibədəyik”, “Demokratiya skandal”, “Müqavimət” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, bu gün Fransanın 150 şəhər və qəsəbəsində fransızlar Makronun xalqın səsinə, seçkilərin nəticələrinə hörmət etmədiyinə görə onun istefasını tələb edir və etiraz nümayişlərinə başlayıblar. Nümayişlərin uzunmüddətli olacağı bildirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]