Mahir Abbaszadə: Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mahir Abbaszadə: Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır

“Məlumdur ki, Azərbaycan ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanıb. Ölkəmizin maliyyə imkanlarının güclənməsi istər regionların sosial-iqtisadi inkişafı, istərsə də insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində layihələrin reallaşdırılmasına da imkan verib. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, dövlətimizin  başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Onun sözlərinə görə, bu sırada da qaçqın və məcburi köçkünlər, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələri ön sırada dayanırlar. Çünki qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli daim dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son 15 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb.

“Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

Bilirsiniz ki, bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Bu faktlar bir daha dövlətimizin bu məsələlərə xüsusi diqqətini göstərir. Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün, dekabrın 27-də isə Sumqayıt şəhərində 1005 qaçqın və məcburi köçkün ailəsi üçün   salınmış yeni yaşayış kompleksi istifadəyə verilməsi də bu sahədə görülən işlərin uğurlu davamıdır. Qaçqın və məcburi köçkünlər inanırlar ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq  və  bu tipli quruculuq işləri həmin torpaqlarda aparılacaq”-deyə, M.Abbaszadə vurğulayıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top