![](http://economic.az/uploads/2024/06/17178972122530055368_1200x630.jpg)
Magistraturaya musiqi sənəti istiqaməti üzrə bu gün keçirilən qabiliyyət imtahanları canlı yayımlanacaq
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Dövlət İmtahan Mərkəzi musiqi sənəti istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirir. İmtahanlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təşkil olunur.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qabiliyyət imtahanları ilk dəfə olaraq DİM-in “Youtube” kanalında canlı yayımlanacaq. Növbəti qabiliyyət imtahanlarında da canlı yayımların təşkil olunması nəzərdə tutulur.
İmtahan vermək üçün 108 bakalavr qeydiyyatdan keçib. İmtahanlar saat 9:30-da başlanacaq və növbəli şəkildə 18:00-dək davam edəcək.
Musiqi sənətinə aid 68-ci proqram üzrə qeydiyyatdan keçmiş bakalavrlar üçün aşağıda qeyd edilən imtahanlar təşkil olunacaq:
– İnstrumental ifaçılıq (fortepiano, skripka, violonçel, gitara, fleyta, klarnet, truba, tuba, qoboy, zərb alətləri üzrə);
– Solo oxuma (akademik vokal, milli vokal, xanəndəlik, aşıq sənəti) ;
– Dirijorluq (xor dirijorluğu, xalq çalğı alətləri orkestrinin dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu);
– Estrada sənəti (vokal və fortepiano, fleyta, tar alətləri üzrə);
-Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, qanun, saz).
İmtahanlar üçün binada 5 otaq ayrılıb. Bütün imtahanlarda şəffaflığın təmin edilməsi üçün videoçəkiliş aparılır. Hər bir ifaçının proqram üzrə ifası videoyazıya alınaraq arxivləşdirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
İqlimşünas: Rusiya ərazisi qlobal istiləşməyə iki dəfə daha çox məruz qalır
Bakı, 18 iyul, AZƏRTAC Rusiyanın aparıcı iqlimşünas aliminin fikrincə, iqlim dəyişikliyi Rusiyaya əhəmiyyətli dərəcədə təsir […]
-
Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib
Pekin, 18 iyul, AZƏRTAC Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və […]
-
Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb
Pekin, 18 iyul, AZƏRTAC Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən […]