MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

AYİB

Londonda Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilib

11-12 may tarixlərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londonda keçirilən 25-ci İllik Toplantısı çərçivəsində “Azərbaycanın investisiya mühiti və imkanları” mövzusunda sessiya təşkil edilib. Economic-ə verilən məlumata görə, Tədbirdə AYİB-in İllik Toplantısının iştirakçıları, o cümlədən dövlət və biznes nümayəndələri iştirak ediblər.

Sessiyada iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən kompleks islahatlar barədə tədbir iştirakçılarına məlumat verib, belə tədbirlərin davamlı olacağını vurğulayıb. Bildirilib ki, yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstək tədbirlərinin daha da gücləndirilməsi ölkə iqtisadiyyatının prioritetləridir.

Tədbirdə həmçinin, Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinə, Sumqayıt Kimya Sənaye Parkına, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) və “Cənub Qaz Dəhlizi” QSC-yə dair təqdimatlar keçirilib, ölkəmizdə fəaliyyət göstərən şirkət və bank nümayəndələri çıxış ediblər.

AYİB-in İllik Toplantısı çərçivəsində Azərbaycanla bağlı keçirilmiş sessiya tədbir  iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top