MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

vergi

Lisenziyası ləğv olunan bankların vergi borcu açıqlanıb – EKSKLÜZİV

Azərbaycanda lisenziyası ləğv olunan banklardan üçünün dövlət büdcəsinə 1 mln. 218 min manat məbləğində vergi borcu var.

Economic.az  “APA-ya istinadən bildirir ki, bu sorğuya cavab olaraq Vergilər Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, 2015-ci ilin avqustunda müflis elan edilən “Evrobank” ASC-nin dövlət büdcəsinə 13 min 17,20 manat vergi borcu var.

2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən “United Credit Bank” ASC-nin isə vergi borcu 25 min 751,29 manat təşkil edir.
Bağlanan banklar arasında ən böyük vergi borcu olan isə “Texnikabank” ASC-dir. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən bu bankın 1 mln. 179 min 99,33 manat vergi borcu hələ də ödənilməyib.
Qeyd edək ki, “Atrabank” ASC-nin, “Azərbaycan Kredit Bankı” ASC-nin, “Gəncəbank” ASC-nin Mərkəzi Bank tərəfindən lisenziyalarının ləğv edildiyi tarixə vergi borcları olmayıb. “Bank of Azerbaijan” və “Qafqaz İnkişaf bankı” ASC-lərin lisenziyalarının ləğv edildiyi tarixə olan vergi borclarının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top