MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

885b1482-af86-4c22-8885-e2e38fee5b59_386

Lion- Beşiktaş oyununda ara qarışdı – Beşiktaş qələbəni əldən verdi.

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunların yekun vurulub.

Azarkeşlərin meydana daxil olmaları üzündən 45 dəqiqə gec başlayan görüşdə Fransanın “Lion” və Türkiyənin “Beşiktaş” komandaları üz-üzə gəlib.

Oyunun əvvəllərində qonaqlar hesabda önə çıxsalar da, son dəqiqələrdə 2 dəqiqə ərzində 2 qol buraxıblar. Nəticədə “qartallar” qələbəni əldən verərək, məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, digər görüşlərdə Belçika təmsilçilərindən “Anderlext” evdə İngiltərə “Mançester Yunayted”inə məğlubiyyətdən qurtulmağı bacarıb – 1:1. “Genk” İspaniyada “Selta”ya minimal fərqlə uduzub – 2:3. Hollandiyada isə “Ayaks” Almaniyanın “Şalke 04” komandası üzərində inamlı qələbə qazanıb – 2:0.

Cavab görüşləri aprelin 20-də keçiriləcək.

Avropa Liqası

1/4 final, ilk oyunlar

13 aprel

23:45. “Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə) – 2:1

Qol: Korentin Tolisso, 83. Jeremi Morel, 85 – Rayan Babel, 15

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top