MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Elnur Nifteliyev

Lider TV-nin filmi ABŞ-da təqdim olundu

«Lider» televiziyası tərəfındən ərsəyə gələn “Unudulmaz” sənədli filminin Amerika Birləşmiş Ştatlarında təqdimat mərasimi keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı təşkil olunan mərasim paytaxt Vaşinqtonda gerçəkləşib. 

Bu, ulu öndər Heydər Əliyevin həyatının hələ araşdırılmamış anları haqqında sənədlı fılmdir. «Lider» televiziyası tərəfındən ərsəyə gələn “Unudulmaz” filmi milli liderın ABŞ-ın Klivlend klinikasında müalicə aldığı dövrü işıqlandırır. Azərbaycan Xarici İşlər Nazirliyi, Amerika Birləşmiş Ştatlarındakı səfirliyimizin dəstəyi ilə gerçəkləşən təqdimat mərasimində diplomatik korpus, ictimayyət nümayəndələri, həmyerlilərimiz, media təmsilçiləri iştirak ediblər.

Səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyev barədə xatirələrini bölüşüb, onun müasir dövlətçiliyimizin qurucusu kimi fəaliyyəti barədə məlumat verib. Bildirib ki, təqdim olunan filmin özəlliyi geniş auditoriyaya məlum olmayan xatirələrdir.

Ekran əsərinin ssenari və ideya müəllifi, jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir. O bildirib ki, filmin ABŞ-da təqdim olunması böyük əhəmiyyət kəsb edir. Milli lider Heydər Əliyev ömrünün son dövrünü məhz burda, Amerika Birləşmiş Ştatlarında keçirib. Eyni zamanda ABŞ-la Azərbaycan arasında uğurlu əməkdaşlığın, strasteji əlaqələrin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

ABŞ-ın aparıcı həkimlərinin milli liderlə bağlı xatirələrinin əks olunduğu ekran əsərində, eyni zamanda çox qiymətlı və nadir arxiv kadrlardan da istifadə edilib. Ekran əsəri milli lider Heydər Əliyev irsinin araşdırılmasında yeni səhifə, qiymətsiz vıdeomaterialdır. Xatırladaq ki, ulu öndərin 95 illik yubileyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının paytaxtında təqdim olunan “Unudulmaz” sənədli filminin təqdimat mərasimləri bundan öncə, Bakıda, Özbəkistanın paytaxtı Daşkənd şəhərində gerçəkləşib.

Lider TV-nin filmi ABŞ-da təqdim olundu
Lider TV-nin filmi ABŞ-da təqdim olundu

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top