MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

lg-resmi-sekilde-oz-mobil-biznesinin-baglandigini-elan-edib6271

LG rəsmi şəkildə öz mobil biznesinin bağlandığını elan edib

LG Electronics şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan edib. Bazarda olan sərt rəqabət və satışların aşağı düşməsi səbəbilə şirkət yeni smartfonların istehsalının dayandırılması qərarını verib. Beləliklə şirkətin verdiyi rəsmi məlumata əsasən yeni smartfonların istehsalı prosesi 31 iyul tarixində dayandırılacaq. Bununla belə şirkət daha öncədən satılmış smartfonların servis və proqram təminatı xidmətlərini təqdim etməyə davam edəcək. Şirkət həmçinin bildirib o, servis mərkəzləri tərəfindən cihazların təmiri üçün istifadə ediləcək yetəri qədər komponentə sahibdir.

    Mütəxəssislərin verdikləri məlumata əsasən LG-nin mobil biznesi 2015-ci ilin ikinci rübündən başlayaraq mənfiyə çalışır. Keçən il LG-nin bu şöbəsinin gəlir itkisi 4.4 milyard dollar təşkil etmişdi. Counterpoint Research analitik şirkətinin verdiyi məlumata əsasən şirkətin mobil biznesi 2%-lik bazar payı ilə smartfon istehsalçıları reytinqində 9-cu yeri tutmuşdu. Şirkət ümumilikdə keçən il 24.7 milyon smartfon istehsal etmişdi. Bu isə 2019-cu ildəki göstəricidən 13% aşağıdır. Gözləntilərə əsasən LG yaxın zamanda məişət texnikasının və smart evlər üçün cihazların istehsalına öz diqqətini ayıracaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top