Leyboristlər Partiyası Mühafizəkarlar Partiyasından 15 dəfə daha çox ianə toplayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Leyboristlər Partiyası Mühafizəkarlar Partiyasından 15 dəfə daha çox ianə toplayıb

London, 22 iyun, AZƏRTAC

Böyük Britaniyada 4 iyulda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində Leyboristlər Partiyası öz dəstəkçilərindən yüklü miqdarda ianə toplamağa davam edir. AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, 6 iyundan 12 iyuna qədər olan həftə ərzində Keir Starmerin başçılıq etdiyi Leyboristlər Partiyası 4,4 milyon funt sterlinq ianə toplaya bilib. Mühafizəkarlar Partiyası isə bu müddətdə cəmi 292 min funt sterlinq yığıb.

Seçki Komissiyasının yaydığı rəqəmlərə görə, Mühafizəkarlar Partiyası seçkilərin vaxtının təyin olunmasından sonraki iki həftə ərzində ümumilikdə 889 min funt sterlinq ianə toplaya biliblər. Bu, partiyanın 2019-cu ildəki seçkilər zamanı topladığı 8,6 milyon funt-sterlinqlik ianədən xeyli aşağıdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top