Lənkəranda qızlar arasında şahmat turniri və ustad dərsləri keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Lənkəranda qızlar arasında şahmat turniri və ustad dərsləri keçirilib

Lənkəran, 10 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəran Olimpiya İdman Kompleksində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə bölgədə yaşayan qızlar arasında şahmat turniri və ustad dərsləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Astara rayonlarından olan 200 qızın iştirakı ilə baş tutan tədbir intellektual oyuna marağın artırılması, asudə vaxtın səmərəli təşkili və analitik düşüncə qabiliyyətinin inkişaf etdirilməsi məqsədi daşıyıb.

Ustad dərsləri Azərbaycanın tanınmış beynəlxalq qrossmeysterləri Aynur Sofiyeva və Zeynəb Məmmədyarova tərəfindən keçirilib. Turnirdə fərqlənən iştirakçılara xüsusi mükafatlar təqdim olunub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top