Lənkəranda minik avtomobili velosipedçini vurub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Lənkəranda minik avtomobili velosipedçini vurub

Lənkəran, 3 iyul, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda yol qəzasında velosipedçi xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında Lənkəran rayonu ərazisində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan minik avtomobili Lənkəran rayon sakini, 1991-ci il təvəllüdlü Alim Cəlal oğlu Şahmarovu vurub. A.Şahmarov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona belin küt travması, dəqiqləşdirilməmiş kəllə-beyin travması və başın ənsə nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar. Xəstəyə ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin müalicəsi reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top