MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Alpaqut

Kutsan Namazov Hindistanı fəth etdi. FOTO-VİDEO

Alpaqut Turan Döyüş sənəti sürətli inkişaf tempi ilə Dünyada yayılır. Hal hazırda Asiyanın ən böyük ölkələrdən biri olan Hindistanda Alpaqut üzrə beynəlxalq seminar keçirilir. Seminar Alpaqut döyüş sənətinin qurucusu, Kutsan Vasif Namazov tərəfindən keçirilir, onun köməkçi assistenti isə Yarğan Musa Abdullayevdi. Seminarda Hindistanın bir çox şəhərlərindən 500 ə yaxın idmançı iştirak edir. Eyni zamanda bu seminarda Şri-lanka və Benqladeş nümayəndə heyətidə təmsil olunur. Belə ki, artıq avqust ayında Benqladeşdədə bu seminarların keçirilməsi qərarlaşıb. Hindistanda keçirilən seminarlar mayın 2 dən 5 nə qədər nəzərdə tutulub. Artıq Dünya Alpagut Federasiyanın Hindistan nümayəndəliyinin sənədləri Hasan Muhammed İsmayıla təqdim edilmiş və bu ölkədə Alpaqut rəsmən tanınmışdır. Seminarda dövlətin idman sahəsi üzrə nümayəndələridə iştirak etmişdir. Qeyd edək ki, bundan sonra 12-15 may Latviya, Riqada keçiriləcək Döyüş Növləri üzrə Olimpiadada Alpaqut döyüş sənətinin təqdimatı olacaq. 20-25 may tarixində isə Rusiya Federasiyası, Kalmıkiya Respublikası Elista şəhərində seminar keçiriləcək. Mayın sonunda isə Türkiyənin Bursa şəhərində Alpaqutun seminarları keçiriləcək. İyunun sonunda Alpaqut üzrə Avrasiya kuboku Gürcüstanda, Noyabrın sonunda isə Bakıda Alpaqut üzrə Dünya kuboku planlaşdırılır.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top