
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu müsabiqə elan edir
16 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının videokonfrans vasitəsi ilə iclası keçirilmişdir.İclasda milli mətbuatın 145 illiyi münasibəti ilə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi qaydaları və elanı müzakirə edilmiş və təsdiq olunmuşdur.
Economic.az “KİVDF”na istinadən xəbər verir ki, müsabiqə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələri nəzərə alınmaqla 14 mövzu üzrə elan edilir. Müsabiqədə yalnız kütləvi informasiya vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən şəxslər iştirak edə bilərlər.
Elanda göstərilən mövzuların hər biri üzrə 3 (üç) əsas yer üzrə mükafatçı müəyyən ediləcək. Müsabiqədə hər mövzu üzrə birinci yer üçün 1000 manat, ikinci yer üçün 700 manat, üçüncü yer üçün 500 manat məbləğində mükafat müəyyənləşdirilib. Elanda göstərilən mövzuların hər biri üzrə mükafatının məbləği 300 (üç yüz) manat olan 3 (üç) əlavə həvəsləndirici yer nəzərdə tutula bilər.
Sənəd qəbulu 23 iyun 2020-ci il tarixindən başlanır və 06 iyul 2020-ci il tarixində saat 18:00-da bitir.
Ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.
Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə, Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə.
Telefon: (012) 537-19-45; (012) 537-19-41
info@kivdf.gov.az
BƏNZƏR MƏQALƏLƏR
KİVDF 19 qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib
Economic.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət […]
Neft Fondunun dekabrdakı valyuta hərraclarında dollar satışı artıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dekabr ayı ərzində valyuta hərraclarında 637,74 milyon ABŞ […]
KİVDF TƏRƏFİNDƏN İLK DƏFƏ – JURNALİSTLƏR ÜÇÜN PULSUZ PEŞƏKAR TƏLİMLƏR!
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün […]