MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

dollar

Külli miqdarda valyutanın ölkədən çıxarılması cəhdinin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Economic.az bildirir ki, Dövlət Gömrük Komitəsindən Movqe.az-a  verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Dubay aviareysilə getmək istəyən Azərbaycan vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 500 ədəd – hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 50.000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mövqe.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top