
“Könüllülük: uğurun formulu” kitabının imza günü keçiriləcək
8 fevral 2017-ci il tarixində, saat 14.30-da 2 saylı (AMAY) Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Fotoqraflar Birliyinin və AZƏRTAC-ın dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə” I Ümumrespublika açıq foto sərgisi keçiriləcək.
Eyni zamanda sərgi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının müvafiq qərarı ilə könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstək məqsədi ilə nəşr olunan Dr. Nadir Adilov və Elvin Paşayevin birgə yazdıqları “Könüllülük: Uğurun formulu” kitabının da imza günü keçiriləcək.
Kitabın rəyçisi Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri Dr.İsrayıl İsgəndərov, redaktorları Azərbaycan Turizmvə Menecment Universitetinin müəllimi Elməddin Hacıyev, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı, məsləhətçi “ASAN xidmət”in könüllülər üzrə müvəkkili Sahil Məmmədli, müəllif asissentləri isə Aygün Məmmədova və Əlibaba Əliyevdir.
Kitabın satışından əldə edilən vəsait könüllülər tərəfindən yaradılan və idarə edilən www.asanmektub.az internet portalına müraciət edən aztəminatlı ailələrin övladlarının məktublarında ifadə olunan arzuların reallaşdırılmasına yönəldiləcək.
BƏNZƏR MƏQALƏLƏR
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]