MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

tehsil

Könüllü əsaslarla işləmək istəyən gənclərin nəzərinə!

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər bu qurumun müxtəlif sektorlarında və xidmət bölmələrində üç ay təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Maraqlananlar tərcümeyi-hallarını konullu@baku.edu.gov.az elektron poçtuna göndərə bilərlər.

Əlavə məlumat almaq üçün BŞTİ-nin rəsmi sayatında yerləşdirilən elanla tanış olmaq olar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top