MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IMG_8830

KİV nümayəndələri Data Mərkəzlə tanış oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi” mövzusuna həsr olunmuş təlim keçirilib.

“Economic”in məlumatına görə, birgünlük təlimdə 20-dən çox media nümayəndəsi iştirak edib. Təlimin məqsədi “bulud” texnologiyalarının biznesdə tətbiqinin yarada biləcəyi imkanlar və üstünlüklər barədə məlumat vermək olub. Tədbirdə çevik və sərfəli “bulud” həllərinin tətbiqi nəticəsində istismar xərclərinin 30-40% azaldılması, kapital xərclərinin isə sıfıra endirilməsi vurğulanıb. Qeyd edilib ki, məhz səmərəliliyin artması sayəsində getdikcə daha çox şirkət öz biznesini qurarkən “bulud” xidmətlərindən yararlanır.

Təlim zamanı KİV nümayəndələri üçün Data Mərkəzinə tur təşkil olunub. Data Mərkəzinin texniki imkanları, təqdim olunan xidmətlər, iş fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib.

Qeyd edilib ki, məlumatların saxlanmasında əsas amil informasiya təhlükəsizliyinin təmin olunmasıdır ki, “AzInTelecom” MMC-nin Data Mərkəzinin informasiya təhlükəsizliyinin idarə olunması üzrə ISO 27001 sertifikatına malikdir. Bu da məlumatların etibarlı və təhlükəsiz mühitdə qorunmasına zəmanət verir.

Həmçinin bildirilib ki, Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III sertifikatına malik ilk Data Mərkəzidir. Məlumat verilib ki, TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982% etibarlılıq səviyyəsi təmin olunan Data Mərkəz sahəsi 700 m2-dən çox olan server dayaqlarına malikdir və verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçirir.

Xatırladaq ki, Data Mərkəzi 2016-cı ilin dekabrında istismara verilib.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top