Kir Starmer NATO sammitində İngiltərə – Niderland oyununu izləyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kir Starmer NATO sammitində İngiltərə – Niderland oyununu izləyib

London, 11 iyul, AZƏRTAC

Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda keçirilən NATO sammitində Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyunu izləyib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə özünün “X” sosial şəbəkəsində video paylaşıb. Kir Starmer oyuna Niderlandın Baş naziri Dik Şuf ilə baxıb:

“NATO iclaslarından çıxıb, hesabı yoxlamaq üçün doğru anı seçdim”, – deyə, o, paylaşımında yazıb. Videoda Kir Starmerin İngilərənin atdığı qola sevindiyi görünür.

Qeyd edək ki, görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top