Kiçik biznesi uğura aparan 10 addım - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kiçik biznesi uğura aparan 10 addım

Hər kəs üçün öz işinin qurulması şübhəsiz ki, mürəkkəb və məsuliyyətli bir vəzifədir. Əsas problem ondan ibarətdir ki, inkişaf prosesi — sonsuzdur. Dayanmadan yeni müştərilər axtarmaqdan, istehsalı yaxşılaşdırmaqdan və daha çox mənfəət əldə etməyə çalışmaqdan çəkinməyin.

Biznesinizin inkişaf prosesini düzgün şəkildə necə idarə etmək barədə 10 faydalı qaydanı oxumağınızı məsləhət görürük. Söhbət hansısa konkret problemi necə həll etməkdən yox, qiymətləndirmə, dəyişikliklər edilməsi və daimi inkişaf üçün imkanlardan istifadə etməkdən gedir. Fəaliyyətinizə uyğun texnika istifadə etməyə başlayın və müvəffəqiyyət yolunda olduqca tez bir zamanda özünüzü tapa biləcəksiniz.

 1. Biznesinizi internet üzərindən qurun

Bunun üçün Sizə, bizim platformamız dəstək olacaq. Tender.az-da öz şirkərinizin profilini yaradın və doldurun. Göstərdiyiniz xidmətlər haqqında ətraflı məlumat yerləşdirin. Görülmuş işlərinizi portfolio bölməsində yerləşdirin. Müştərilərinizdən müsbət rəylər toplayın və reytinqinizi artırın. Yeni müştərilər daha əvvəlki müştərilərin rəylərini oxuduqdan sonra Sizə daha çox inanacaqlar.

  1. Müxtəlif marketinq strategiyalarını test edin

Əgər siz bütün gücünüzü və resurslarınızı hansısa bir reklam üsuluna sərf edirsinizsə, onda çıxılmaz vəziyyətə düşməyə risk edirsiniz. Fərqli metodları isitfadə etməyə cəhd edin: müxtəlif sosial şəbəkələrdə akkauntlar yaradın, ənənəvi offline marketinq üsullarından istifadə edin və büdcəniz çərçivəsində reklam kampaniyaları həyata keçirin. Bir neçə reklam kanalının eyni anda istifadə edilməsi daha çox fayda gətirə bilər. Əminliklə deyə bilərik müxtəlif reklam kanalları müxtilif biznes sektorlarında fərqli effektlər verir. Heç bir reklam kanalını nəzərdən qaçırmayın və sonda ən uğur gətirənləri seçə biləckəsiniz.

  1. Müştərilərə qayğı

Mövcud müştəriləri görməzdən gəlmək, ancaq yeni müştəri axtarışında olmaq səhv strategiyadır. Müştəriləri qorumaq və onların sizə təkrar-təkrar geri dönməsi haqqında düşünün, yeni tip xidmətlər təqdim edin. Daimi müştərilər sabit satışların və ən yaxşı reklamın təməlidir, çünki onlar sizin haqqında öz dostlarına, qohumlarına və tanışlarına danışırlar.

  1. Canlı ünsiyyəti unutmayın

Yerli sahibkarlar cəmiyyətinə necə qoşulmaq barədə düşünün və bunun üzərində işə başlayın. Şirkətlərin rəhbərləri və sahibləri üçün olan görüşlərdə iştirak edin, profil tədbirlərini təşkil edin və ya digər biznes sahibləri ilə birləşin və birgə layihələr üzərində işləyin. Rəqiblərinizlə belə təmasda olun. Maskadan istifadə etmək şərti ilə ))

  1. Xəbərləri izləyin

Hansı bizneslə məşğul olduğunuzdan asılı olmayaraq, həm öz sektorunuzda, həm də marketinq və ticarət dünyasında nə baş verdiyini bilmək lazımdır. Biznes haqqında yaxşı bloglar və nəşrlərə abunə olmağı məsləhət görürük (məsələn, bizim xəbərlərimizə), tendensiyaları izləmək və bütün son xəbərlər və hadisələrdən xəbərdar olmaq lazımdır.

  1. Auditoriyanı hiss etməyi öyrənin

Hədəf auditoriyanız üçün maraqlı olmaq istəyirsinizsə, onların fikirlərində nə olduğunu başa düşməlisiniz. Müştərilərin vərdişlərini və ehtiyaclarını öyrənin, öz aralarında necə ünsiyyət qurduqlarına və özlərini necə təqdim etdiklərinə diqqət yetirin. Ancaq eyni zamanda unutmayın ki, bütün nəticələriniz və müşahidələriniz əbədi deyil. İnsanlar dəyişir və bu o deməkdir ki, onlarla birlikdə sizin təsəvvürləriniz də dəyişməlidir.

  1. Autsorsinqi unutmayın

Bəzən biznes sahibləri elə bir vəziyyətə düşürlər ki, gələcək inkişaf üçün vəzifələrin bir hissəsini kiməsə ötürmək lazımdır. Və burada məsələ, yalnız qənaət edilmiş vaxt və gücdə deyil. Siz kənar mütəxəssisin lazım olan işləri daha yaxşı yerinə yetirəcəyinə və nəticədə Sizə uğur gətirəcəyinə əmin olduğunuz halda vəzifələri autsorsa verə bilərsiniz. Autsorsa mühasibat, hüquq, HR, və İT məsələlərini rahatlıqla vermək olar.

  1. Brendinizi formalaşdırın.

Öz aldığınız məhsullara nəzər yetirin, 90% hallarda Siz minlərlə çeşid məhsulların içərisindən yalnız tanıdığınız brendləri seçirsiz. Əslində, brend Sizin biznesinizi digərlərindən fərqləndirən xüsusiyyətidir. O Sizin biznesinizi müştərilərinizin şüurunda necə formalaşdırmaq istədiyinizin görüntüsüdür. Loqotip, malların rəngləri, reklam mətnləri və digər kiçik elementlər marketinqin vacib tərkib hissəsi hesab olunur, buna görə də onların üzərində daim işləmək lazımdır. Brend inkişafı mövzusunda bir çox yaxşı məqalə yazılmışdır, onları internetdə oxumağa çalışın.

  1. Təqvimə baxın

Bayramlar, mövsümi hadisələr və bəzi mühüm tarixlər böyük satış kampaniyalrı üçün səbəbdir. Bayramlar və tədbirlər üçün maraqlı konsepsiyalar yaratmağa çalışın — bu, markanın cəlbediciliyini və satışlarınızı artıracaq. Mövsümi satış təşkil edin.

  1. Rüblük planlar hazırlayın

Qeyri-müəyyən biznes strategiyaları qurmaqdan imtina edin, bir ili dörd hissəyə bölün və hər rüb üçün ətraflı plan hazırlayın. Qoy bu plan real və eyni zamanda iddialı olsun. Bu planların yerinə yetirilməsini təhlil edərək siz yaxşılığa doğru dəyişiklikləri qeyd etməyə başlayacaqsınız, öz zəif tərəflərinizi üzə çıxaracaqsınız və anlayacaqsınız ki, Sizin gücünüz nədən ibarətdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top