
Kənd təsərrüfatı yüklərİ daşıyan vaqonlar dezinfeksiya olunur
Gürcüstan Respublikasında insanlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin yayılmasını nəzərə alaraq, onun ölkəmizə keçməsinin qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır. Həmçinin Rusiya, Ukrayna, Latviya, Belarusiya, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.
Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir.
Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyi qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycan gəncləri kənd təsərrüfatı ixtisasları üzrə 27 ölkənin 136 nüfuzlu ali təhsil müəssisəsində təhsil ala biləcək
Azərbaycan Respublikası Prezidentinin 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali […]
Qazaxıstan buğda və unun ixracına məhdudiyyət qoyur
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi buğda və unun ixracına məhdudiyyətlərin tətbiqi barədə sərəncam hazırlayıb. Economic.Az oxu.az-a […]
Bağlarda xəstəlik yayılması riski var – FERMERLƏRƏ SMS GÖNDƏRİLDİ
Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən bağlarda yarpaq dəlikliyi və boz çürümə xəstəliklərinin yayılması riski […]