MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

16195092802039924930_367x266

Kənd təsərrüfatı texnikasının istehsalı, idxalı və satışı hansı hallarda vergidən azaddır?

Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azaddır.
Economic.az bildirir ki, Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda, Vergi Məcəlləsində kənd təsərrüfatı təyinatlı qurğuların quraşdırılması xidmətlərinin ƏDV-dən azad olması nəzərdə tutulmayıb. Buna əsasən, ƏDV ödəyicisi tərəfindən göstərilən quraşdırma xidmətlərinin tam dəyərinə (quraşdırma ilə bağlı çəkilən xərclər daxil olmaqla) 18 faiz dərəcə ilə ƏDV tətbiq olunur.
Bununla yanaşı, bilavasitə kənd təsərrüfatı təyinatlı qurğuların quraşdırılması həmin malların satıcıları tərəfindən həyata keçirildikdə, bu zaman quraşdrma xidmətlərinin dəyəri satılan malların dəyərinə aid edilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top