Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri fəaliyyət prinsipini dəyişəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri fəaliyyət prinsipini dəyişəcək

Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri öz fəaliyyət prinsipini dəyişəcək.

“Economic” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov Sahibkarlar Gününə həsr olunmuş konfransda deyib.

Nazirin sözlərinə görə, artıq kəndli və fermerlər kənd təsərrüfatı idarələrinə deyil, həmin idarələr kəndli və fermerlərə birbaşa müraciət edəcək, onların problemləri ilə maraqlanıb, yardımçı olmağa çalışacaq. Fəaliyyət prinsipimiz – düzgün idarəçilikdir. Burada şəffaflıq, hesabatlılıq, neqativ hallara qarşı sərt mübarizə fəaliyyətin əsasını təşkil edəcək. Qarşıda dayanan vacib məsələlərdən biri sahibkarlarla sıx əlaqədə çalışmaq, kənd təsərrüfatı sahəsində innovasiyaların, yeni texnologiyaların tətbiqini həyata keçirməkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top