
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ 600-Ə YAXIN VAKANT VƏZİFƏ ÜZRƏ İŞƏ QƏBUL ELAN EDİB
Kənd Təsərrüfatı Nazirliyi 529 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.
Nazirliyin, ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Economic“ə verilən məlumata görə, Hazırda 57 vakant vəzifənin tutulması üzrə ümumi müsahibə mərhələsi davam edir.
Müsahibə mərhələsi üzrə qeydiyyat dekabrın 5-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə ixtisas almış vətəndaşları, aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri müsahibələrdə iştiraka dəvət edir.
Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti, Xidmətin regional bölmələri, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru, Nazirlik Aparatı və Nazirliyin tabeliyində olan qurumlar üzrə müəyyənləşib.
Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
BƏNZƏR MƏQALƏLƏR
Dağlıq ərazilərdə müasir kombaynlarla taxıl biçini aparacaq mexanizatorlara təlimlər keçiriləcək
Economic: 2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün təlimlər davam etdirilir. […]
Fermerlərin diqqətinə: Birdəfəlik əkin subsidiyası almaq üçün müraciətlərin qəbulu davam edir
ECONOMİC: Bu ildən Azərbaycanda fermerlərə ilk dəfə olaraq birdəfəlik əkin subsidiyası ödəniləcək. Birdəfəlik əkin subsidiyası […]
Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan-Türkiyə “Qardaşlıq bağı” salınıb
ECONOMIC: Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirin rəhbərlik etdiyi nümayəndə […]