Kənd Təsərrüfatı naziri İnam Kərimov Türkiyədə səfərdə olub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kənd Təsərrüfatı naziri İnam Kərimov Türkiyədə səfərdə olub

Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin tapşırığına, əsasən, bu qurumun yeni rəhbəri kimi ilk xarici səfərini Türkiyəyə edib.

Nümayəndə heyətinin üzvləri əvvəlcə Ankaradakı Heydər Əliyev parkını ziyarət ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı heykəli önünə tər çiçəklər düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib. İnam Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba ilə görüşüblər. Əhməd Əşrəf Fakıbaba Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu vurğulayaraq, İnam Kərimovun nazir vəzifəsinə təyin edildikdən sonra ilk xarici səfərini Türkiyəyə etməsindən məmnunluq hissi keçirdiklərini bildirib. O, iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişafı üçün böyük potensial imkanlar olduğunu, bitki, heyvandarlıq, taxılçılıq, toxumçuluq və digər sahələrdə əlaqələrin inkişafına hazır olduqlarını bildirib.

KəndTəsərrüfatı naziri İnamKərimov qeyd edibki, aqrar sahə ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından mühüm sahələrdən biri kimi müəyyən edilib. Bu sahədə dünyada qabaqcıl ölkələrdən biri hesab edilən Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi, qardaş ölkənin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Görüşdə əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyən edilib, müvafiq fəaliyyət planının hazırlanması, birgə layihələrin həyata keçirilməsi, iki ölkənin mütəxəssisləri, özəl sektor nümayəndələri arasında təmasların intensivləşdirilməsi, tədris, strateji tədqiqat, aqrar elm və digər sahələrdə konkret addımların atılmasına dair razılıq əldə olunub.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top