Kənd təsərrüfatı naziri Ağdam rayonunda pambıqçılığın inkişafı istiqamətində fermerlərin təkliflərini dinləyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kənd təsərrüfatı naziri Ağdam rayonunda pambıqçılığın inkişafı istiqamətində fermerlərin təkliflərini dinləyib

Kənd təsərrüfatı naziri İnam Kərimov bölgələrə səfəri çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıq istehsalçıları ilə görüşüb.

Nazirlikdən Economic.az-a verilən məlumata görə, nazir pambıq istehsalçılarına bu sahənin dövlətimizin başçısının birbaşa diqqətində olduğunu deyib, pambıqçılığa çoxşaxəli dövlət dəstəyindən və qarşıya qoyulan hədəflərdən söz açıb. Həmçinin İnam Kərimov pambıqçılıqda məhsuldarlığın artırılması üçün intensiv kənd təsərrüfatı və müasir-innovativ texnologiyaların tətbiqini tövsiyə edib.

Fermer və sahibkarlar da öz növbəsində, rayonda pambıqçılığın inkişafı məqsədilə əlavə artezian quyularının qazılmasını, suvarma şəbəkəsinin inkişaf etdirilməsini, kooperasiyaların yaradılmasını, bu sahədə rayondakı qabaqcıl fermerlərin və xarici təcrübənin öyrənilməsini təklif ediblər.

Sonda nazir İnam Kərimov və fermerlər pambıqçılığın inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top