MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyi

KƏND İCMALARINA İNVESTİSİYA LAYİHƏLƏRİ HAZIRLAMAQ ÖYRƏDİLİR

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində Saatlı rayonunun Mircəlalkənd-2 icma üzvlərinə “Layihə Təklifinin Hazırlanması” mövzusunda təlim keçirilib. İnteraktiv məşğələ formasında keçirilən təlim zamanı icma qrupunun üzvlərinə prioritetlərini müəyyənləşdirmək və onlara uyğun layihələr hazırlamaq təklif edilib. İcma üzvlərinin seçimi ilə onlara “Drenaj kollektorunun təmizlənməsi” layihəsi üçün layihə təklifinin hazırlanması mexanizmləri öyrədilib. Belə ki, icma üzvləri bu problemlərin öz təsərrüfatları üçün aktuallığını, həlli üçün nə qədər vəsaitə ehtiyac olduğunu, maliyyə ayrılarsa, icmanın işi necə quracağını təsvir etməklə kiçik investisiya layihəsi nümunəsi hazırlayıblar.

KƏND İCMALARINA İNVESTİSİYA LAYİHƏLƏRİ HAZIRLAMAQ ÖYRƏDİLİRLayihə icra edilməsi üçün tələb olunan vəsaitin vacib istiqamətlərə və planlı şəkildə sərf edilməsi kəndlinin əsas bacarıqlarından olmalıdır. İcma yönümlü kənd infrastruktur- larına çıxışı və istifadəni artırmaq, eləcə də kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirmək məhz Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə layihələrinin əsas məqsədlərindəndir.

Təlimlərin isə əsas məqsədi gələcəkdə icmaların müstəqil şəkildə öz vəsaitləri və ya müxtəlif kredit və donor təşkilatlarının vəsaitləri hesabına dayanıqlı layihələr hazırlayıb, icra etməsinə nail olmaqdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) ümumilikdə 58 rayonda AzKİL tərəfindən səfərbər olunmuş kənd icmalarına yönəlib. Ümumiyyətlə, 2005-ci ildən bugünə qədər  AzKİL çərçivəsində 1718 icma layihəsi tamamlanmış, 63 layihə isə hal-hazırda icra mərhələsindədir. Tamamlanmış layihələrdən ümumilikdə 4 milyona yaxın kənd əhalisi faydalanmaqdadır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top