Keçən il Pərakəndə ticarət dövriyyəsi artmışdır
2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək 30,2 milyard manata bərabər olmuşdur. İstehlakçılara 15,1 milyard manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılmışdır.
Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2015-ci ilə nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 30 190,3 | 101,5 |
o cümlədən: | ||
ərzaq məhsulları, içkilər və tütün məmulatları | 15 077,4 | 102,1 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 5 244,8 | 100,9 |
elektrik malları və mebel | 1 912,9 | 101,5 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 234,8 | 101,4 |
əczaçılıq və tibbi mallar | 419,8 | 101,9 |
avtomobil yanacağı | 1 681,5 | 98,4 |
digər qeyri-ərzaq məhsulları | 5 619,1 | 101,4 |
Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılmışdır.
Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Əməkhaqqı fondu daha 16 faiz artıb
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb. Bu artımın əsasında qeyri-leqal […]
-
Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb
Bu ilin I yarısının yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb. Rəqəmi Dövlət Statistika Komitəsi açıqlayıb. Sevindirici […]
-
Mehmanxana və hotellərdə keçirilmiş gecələmələrin artıb
2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin […]