MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

kaspersky

‘Kaspersky Lab’ sənaye obyektlərininvə sistemlərinin müdafiəsi üçün xüsusi həll təqdim edir

“Kaspersky Lab”mühüm infrastruktur və sənaye obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi həll istifadəyə verib. “Kaspersky Industrial CyberSecurity” platforması sənaye şəbəkələrinin mühüm xüsusiyyətlərini nəzərə alır və müdafiə texnologiyaları ilə yanaşı yüksək səviyyədəmüəssisələrin təhlükəsizliyini təmin etməsi üçün ekspert və maarifləndirmə xidmətləri təklif edir.

İnformasiya texnologiyaları və texnoloji proseslərin avtomatlaşması sistemləri elektrik stansiyaları, neft emalı zavodları və istehsal xətlərini, dəmir yolları, aeroportlar və “ağıllı” binalara qədər bütün müasir sənaye obyektlərinin fəaliyyətində mühüm rol oynayır.Ənənəvi kompüterlərdən fərqli olaraq sənaye informasiya şəbəkələri və texnologiya sistemləri adətən lazımi dərəcədə müdafiə olunmur, çünki informasiya təhlükəsizliyi üçün həllər onlara uyğun deyil. Nəticədə, sənaye müəssisələri və mühüm infrastruktur obyektləri müdafiəsiz qalırvə kiberhadisələr məlumatın itkisindən daha böyük təhlükə daşıyır.

Ənənəvi korporasiya informasiya şəbəkələrindən fərqli olaraq harada ki, əsas prioritet məxfilikdir, sənaye idarəetmə sistemləri (ICS) texnologiya prosesinin mükəmməl fasiləsizliyi və ardıcıllığını tələb edir. Kibertəhlükəsizlik tədbirləri təhlükəsizlik tələblərinə uyğun olmadığı halda hətta prosesin düzgün idarəolunması və prosesə müvafiqlik mühüm obyektlərin müdafiəsiz istismarına gətirib çıxara bilər. “Kaspersky Industrial CyberSecurity” həlli bütün bu unikal tələbləri nəzərə alır və ICS-in kiberhücumlara daha həssas olan səviyyələrinmüdafiəsinin təmin edir: ICS/SCADA serverləri, HMI panelləri, mühəndis stansiyaları, proqramlaşdırılmış PLC kontrollerləri və bir sıra ayrı səviyyələr. Adıçəkilən həll əməliyyat fasiləsizliyi və texnologiya prosesinin davamiyyətinə təsir etmədən kibertəhlükələrdən qoruyur.

“Kaspersky Industrial CyberSecurity” həlli texnologiya proseslərinin avtomatlaşmış idarəetmə sistemində dövriyyədə olan məlumatın əsaslı təhlilini aparmağa imkan yaradır və informasiyanın toplanması və analizində şübhəli hadisələr və situasiyalar haqda məlumat verir. Bununla yanaşı, müəssisənin müdafiəsi sisteminin idarəetməsi mərkəzləşmiş şəkildə vahid konsol ilə həyata keçirilir. “Kaspersky Industrial CyberSecurity”nin əsas funksiyalarından biri sənaye şəbəkəsinin bütünlüyünü yoxlamaqdır: bir neçə texnologiya trafiki təhlil edir, istifadə olunan proqramları və qoşulan cihazları nəzarətdə saxlayır və sənaye prosesini idarə edir. Öz növbəsində, icazəsiz daxilolmaların qarşını alan sistem texnoloji şəbəkədə fasiləsiz monitorinq aparır və icazəsiz daxilolmaları bloklayaraq şəbəkə düyünlərinə qoşulma imkanlarını məhdudlaşdırır. Boşluqların aşkarlanması üzrə monitorinq sistemi əməliyyat təminatında açıq zədələrin mövcudluğunu yoxlamaq üçün infrastrukturu diqqətlə nəzərdən keçirir və beləliklə, sənaye şəbəkəsinə zərərli proqramların daxilolmalarının qarşını alır.

“Kaspersky Lab” şirkətinin baş direktoru Yevqeni Kasperski belə həllin yaradılmasının vacibliyinə toxunaraq bildirib: “Sənaye istehsalının və mühüm infrastrukturun təhlükəsizliyi hazırda olduqca aktual məsələdir. Texnoloji şəbəkələrdə dünya ilə əlaqə yaradan daha çox fərqli cihaz və kanallar yaranır. Bəzən nəinki bir neçə onillik əvvəl buraxılmış və o zamandan yenilənməyən əməliyyat təminatı, həmçinin dünya ilə əlaqə üçün nəzərdə tutulmayan avadanlıq istifadə olunur! Bu, həddən artıq ciddi məsələdir, çünki nəinki istehsalat prosesinin fasiləsizliyi, həmçinin ekologiya və insan həyatı təhlükə altında qalır. Bizim həllimiz avtomatlaşdırılmış idarə prosesinin bütün səviyyələrində texnologiya dövrünün kibertəhlükəsizliyini təminetmə potensialına malikdir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsinin yeni standart və tələblərini nəzərə alan avadanlığın hazırlanması üçün avtomatlaşdırma sistemlərinin istehsalçıları ilə aktiv şəkildə əməkdaşlıq edirik”.

Yeni həll infrastruktur operatorlarına kibermünaqişələri cavablayan və gələcəkdə proqnozlaşdırma imkanlarını təmin edən xüsusi təhlükəsizlik servislərini əlavə edir. Bu,hücum texnologiyalarınıtəyinetmə və qarşısınıalma çərçivəsindən kənara çıxan effektiv təhlükəsizlik strategiyasının tərtib olunmasına kömək edir. Mütəxəssislər üçün tədris proqramları, kibertəhlükəsizliyin qiymətləndirilməsi, informasiya sisteminin auditi vəmünaqişələrə reaksiya xidmətlərinə daxildir.

“Kaspersky CyberSecurity” həllinin parametrlərimüştərilərin tələblərinə yüksək dərəcədə uyğunlaşır və bunun sayəsində həll fərqli sənaye sahələrinin tələblərinə dəqiqliklə sazlanma qabiliyyətinə malikdir.

“Kaspersky CyberSecurity” həlli VARS neft-kimya terminalı və TANECO neft emalı şirkəti kimi bir sıra pilot layihələrdə müvəffəqiyyətlə sınaqdan keçirilib. Nəticədə, həmin müəssisələr öz sənaye obyektlərinin informasiya təhlükəsizliyini təmin etmək üçün seçimini “Kaspersky Lab”ın həlli lehinə edib.

TANECO şirkətinin İdarəetmə sistemlərinin nəzarəti şöbəsinin müdiri Marat Gilmutdinov qeyd edib:  “Yüksək texnologiyalı neft emalı zavodlarının mümkün təhlükələrini nəzərdən keçirərək biz seçimimizi “Kaspersky Lab” şirkətinin “Kaspersky CyberSecurity” həlli lehinə etdik. Təhlükəsizliyi təmin edən həldən daha böyük bir şey əldə etməkbizim üçün vacib idi. Hər hansı bir ICS səviyyəsində sənaye proseslərinin kibertəhlükələrdən müdafiəsi üçün hərtərəfli təhlükəsizlik tədbirlərini təmin etmək böyük əhəmiyyət kəsb edirdi.Bununla yanaşı, məhsulun quraşdırılma və fəaliyyətinə aid yarana biləcək bütün məsələlərin həlli üçün tədarükçü tapmaq məqsədini də qarşımıza qoymuşduq”.

«“Kaspersky CyberSecurity”nin imkanları bütün gözləntilərimizi üstələdi. “Kaspersky Lab”ın sənaye obyektlərinin müdafiəsi üçünnəzərdə tutulmuş həll quraşdırıldıqdan bir neçə ay sonra kontrollerdən birinə kənar noutbukunicazəsiz daxilolmasını və sensorun parametrlərini dəyişmək cəhdini aşkar etdi», – deyərək Gilmutdinov əlavə etdi.

“Kaspersky CyberSecurity” həlli haqda daha ətraflı məlumatıburada.

 

 

 

“Kaspersky Lab” haqqında:

“Kaspersky Lab” 1997-ci ildən informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir.  Ekspert səviyyəsində bilik və təcrübəyə malik olan şirkət biznesin, dövlət orqanlarının mühüm infrastrukturlarının və dünya üzrə istifadəçilərin təhlükəsizliyini təmin edən müdafiə həllərinin və xidmətlərinin əsasını təşkil edir. “Kaspersky Lab”ın geniş portfoliosu cihazların müdafiəsi üçün qabaqcıl məhsullar, mürəkkəb və daim inkişaf edən kibertəhlükələrlə mübarizə üçün ixtisaslaşdırılmış həll və xidmətlər təqdim edir. “Kaspersky Lab”ın texnologiyaları 400 milyon istifadəçi və 270 min korporativ müştərini və onlar üçün dəyərli olan məlumatları qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top