MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

kassa_ceki

Kaspersky: 2021-ci ilin ikinci rübündə mürəkkəb hədəf hücumlarının sayı artıb

Kaspersky-dən Economic-ə verilən məlumata görə, 2021-ci ilin ikinci rübündə Microsoft Exchange serverinin istifadəsi ilə edilən mürəkkəb hədəf hücumlarının sayında artım müşahidə olunub. Xüsusilə, bu proqram təminatındakı zəifliklər naməlum, çox güman ki, uzunmüddətli GhostEmperor kiber casusluq kampaniyasının həyata keçirilməsi üçün çin dilində danışan bir qrup tərəfindən istifadə edilir. Onun hədəfi əsasən Cənub-Şərqi Asiyadan olan iri şirkətlər, o cümlədən, dövlət müəssisələri və telekommunikasiya şirkətləridir.

Mütəxəssislərin fikrincə, qrup ən azı 2020-ci ilin iyulundan etibarən qabaqclı alətlər dəstindən istifadə etməkdədir. GhotEmperor-un özəlliyi ondadır ki, təcavüzkarlar hücum zamanı daha öncə məlum olmayan, imtiyazlı rejimdə çalışan “rootkit”-dən (özünün və ya digər bir zərərli proqramın fəaliyyətlərini antivirusdan gizlədən proqram) istifadə ediblər. Windows Driver Signature Enforcement drayver yazılışı yoxlaması mexanizmindən yan keçmək üçün, Cheat Engne aləti vasitəsilə yükləmə sxemi tətbiq ediblər. Bu, oyunların təhlili və yalançı kodların yaradılması üçün açıq koda malik bir proqramdır ki, həm də nişansız drayverlərin yüklənməsi üçün istifadə edilə bilir. 

“İstehsalçılar kiber təhdidlərin aşkarlanması və onlardan qorunma vasitələrini, hədəf hücumu təşkilatçıları isə öz alətlərini təkmilləşdirirlər. Məsələn, GhostEmperor təcavüzkarların yeni texnikalar və zəfiliklər axtarışında olmasına bir sübutdur. Daha əvvəllər məlum olmayan “rootkit”-dən istifadə edərək, Microsoft Exchange serverlərinə edilən hücumların təhqiqatını çətinləşdirirlər”, – deyə Kaspersky Rusiya araşdırmalar mərkəzinin rəhbəri Mariya Namestnikova bildirib. 

Hədəf hücumları ilə mübarizə üçün Kaspersky şirkətlərə tövsiyə edir:

2021-ci ilin ikinci rübündə qeydə alınmış mürəkkəb hədəf hücumları haqqında hesabatın tam versiyası ilə burada tanış ola bilərsiniz: https://securelist.com/apt-trends-report-q2-2021/103517/.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top