MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

rena

Karvannews.com portalının 1 yaşı tamam oldu.

Ötən il dekabrın 7-də fəaliyyətə başlayan portal bir il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.

Portal bu müddətdə Qarabağ şəhidlərinin ailələri haqqında reportajlar, maraqlı müsahibələr, analtik yazılar, ən son birja, iqtisadiyyat xəbərləri yayımlayıb.

Portalın təsisçisi və baş redaktoru Rəna Qəfərova bildirib ki, hədəfimiz inkişaf etmək, daha operativ olmaqdır: “Heç vaxt dezinformasiya yaymamışıq. Bunun həmişə qarşısındayam. İnsanları təşvişə, depressiyaya salmaq istəmirik. Onsuz da ağır dövrdən keçirik, neqativ xəbərlərlə kütlənin psixologiyasına təsir etmək istəmirik. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqının özgüvənləri daha da artıb. Qələbə qazanan ölkə kimi, xalq kimi çalışmağa daha böyük həvəslə, motivasiya ilə hazırıq. O cümlədən gənclərin yanındayıq, onları hər sahədə dəstəkləyirik. İstedadlı, çalışqan gənclərin müsahibələrini, yazılarını nəşr etməyə hazırıq.

Dövlət xadimlərinin müsahibələrini, çıxışlarını geniş şəkildə yayımlayırıq. Azərbaycan Prezidentinin ən son sərəncamlarını, fərmanlarını, keçirdiyi görüşləri, səfərləri, dövlətin apardığı geniş islahatları işqıqlandırır, oxuculara çatdırırıq”.

Növbəti illərdə daha böyük layihələrlə, fərqli mövzularla, operativ xəbərlərlə oxucuların görüşünə gələcəyik.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top