
Karantin rejiminə əməl etməyənlər cərimələndi
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Qanunvericiliyə uyğun olaraq obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının […]