
Karantin nəticəsində xəstələnmə halları azalır, sağalanların sayı artır
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantinin nəticələri artıq göz qabağındadır.
Economic.az bildirir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək:
“Karantinin nəticələri bəlli olduqdan sonra görülən tədbirlərin davamı ilə bağlı qərar qəbul edilə bilər. Hər halda karantinin nəticəsi göz qabağındadır. Karantin tədbirləri nəticəsində xəstələnmə halları azalır, sağalan insanların isə sayı artır. Bu, qaneedici vəziyyətdir. Əlbəttə, istəyərdik ki, bundan da yaxşı nəticələr olsun. Amma hələlik əldə edilən nəticələr bunu göstərir ki, karantin öz effektini verir”.
Xatırladaq ki, təxminən son 10 gün ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının sayında azalma müşahidə edilir. Ölkədə sutka ərzində qeydə alınan yoluxma hallarının sayı 500-dən aşağı enib.
Azərbaycanda artıq koronavirusdan sağalma hallarının sayı yoluxma hallarının sayını üstələyir.
İyulun 18-də Azərbaycanda rekord sayda – 645 sağalma sayı qeydə alınıb.
BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]