“Kapital Bank”dan Sumqayıtda futbolun inkişafına dəstək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Kapital Bank”dan Sumqayıtda futbolun inkişafına dəstək

“Kapital Bank” Sumqayıt şəhərində 10-12 yaşlı uşaqlar arasında keçiriləcək ənənəvi “Futbol və Sağlam Həyat” layihəsinin rəsmi tərəfdaşıdır.

Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 orta məktəb üzrə 500-dən çox şagird iştirak edəcək.

Tədbirin açılış mərasimində veteran futbolçular, Milli Məclisin deputatları, ictimai xadimlər və digər rəsmi qonaqlar iştirak ediblər. Layihəni keçirməkdə əsas məqsəd gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlam həyata yönləndirməkdir.

Qeyd edək ki, layihə “Kapital Bank”la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, “Azərikimya” İB və “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə keçirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top