Kapital Bank Gəncədə 4-cü filialını istifadəyə verdi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kapital Bank Gəncədə 4-cü filialını istifadəyə verdi

Kapital Bank müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bank müştərilərə göstərilən xidmətlərin daha əlçatan olması üçün filial şəbəkəsinin genişləndirilməsi istiqamətində Gəncə şəhərində yeni filialını açdı. Bu, Kapital Bank-ın Gəncə şəhərində müştərilərin istifadəsinə verdiyi sayca artıq 4-cü filialıdır.

Yeni Qərb filialı, 2 saylı Gəncə ASAN xidmət mərkəzi daxilində – Gəncə şəhəri, Gəncə-Şəmkir şosesi ünvanında fəaliyyət göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

 

Kapital Bank открыл свой 4 филиал в Гяндже

 

Kapital Bank регулярно реализует новые проекты с целью повышения качества клиентского обслуживания. Чтобы сделать услуги еще более доступными для клиентов, банк расширил свою филиальную сеть, открыв новый филиал в Гяндже. Новый филиал является 4 по счету филиалом Kapital Bank в Гяндже.

 

Новый филиал Qərb будет работать в здании Гянджинского центра ASAN Xidmə № 2, расположенного на шоссе Гянджа-Шамкир. Филиал предлагает клиентам расчетно-кассовые операции, вклады, различные виды кредитования, платежные карты, денежные переводы, возможность оплаты связи, коммунальных и прочих услуг, обмен валюты и другие услуги.

 

Следует отметить, что Kapital Bank с 2015 года продолжает процесс трансформации своей филиальной сети в Баку и регионах. За прошедшие годы более 60 филиалов были капитально отремонтированы и переехали в новые офисы, свыше 30 новых филиалов и отделений было введено в эксплуатацию. Как продолжение проекта трансформации, в текущем году планируется проведение основательных ремонтных работ еще в нескольких городских и региональных офисах, а также открытие новых филиалов и отделений.

 

Kapital Bank, первый банк страны, входит в состав PAŞA Holding и оказывает услуги населению в 105 филиалах и 23 отделениях, имея самую широкую сеть обслуживания в Азербайджане. Более подробную информацию о продуктах и услугах банка можно получить на сайте www.kapitalbank.az, страницах банка в социальных сетях, а также, позвонив в центр обслуживания клиентов по номеру 196. Для подачи онлайн-заявки на потребительский кредит — https://kbl.az/krdt, для заявки на карту рассрочки BirKart — https://kbl.az/tkstcrd.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top