Kapital Bank-da “Könüllülər”in məzun günü keçirilib
Xəbər verdiyimiz kimi, Kapital Bank gənclər üçün yeni “Könüllülər” proqramına başlayıb. Layihə çərçivəsində gənclər Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələniblər.
Dekabr ayının 11-də layihənin 2-ci buraxılışının məzun günü keçirilib və iştirakçılara müvafiq sertifikatlar təqdim edilib. Təcrübə zamanı yüksək nəticələr göstərən gənclərə isə mövcud vakansiyalar üzrə iş təklifi olunub.
Könüllülər ilk 2 həftə ərzində bankda nəzəri təlimlər keçiblər. Sonrakı 2 həftə ərzində təcrübə proqramında iştirak ediblər. Son 2 ay ərzində isə filiallarda könüllülər qismində müştərilərə xidmət göstəriblər. Həmçinin gənclərə yalnız məlumat xidmətinin iş prinsipi deyil, bank əməliyyatları, kreditlər, əmanətlər, ödəniş kartları, pul köçürmələri, müxtəlif xidmət tarifləri və digər mühüm istiqamətlər üzrə də məlumat verilib, həmçinin gündəlik iş prosesində onların da iştirakı təmin edilib.
Qeyd edək ki, layihə çərçivəsində 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində, həmçinin Kapital Bank-ın bir neçə paytaxt filialında “Yaşa” Mərkəzinin təqaüdçüləri könüllü şəkildə yaşlı müştərilərə xidmət göstəriblər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaq olub.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]